Menyu

Çingiz Allazov erməni döyüşçüyə qarşı kəmərini qorudu

Əziz Əzizli
Çingiz Allazov erməni döyüşçüyə qarşı kəmərini qorudu

Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Allazov “ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb.

"Operativ Media"nın məlumatına görə, 30 yaşlı döyüşçü Tailandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib.

Allazov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunaraq, rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb.

Qeyd edək ki, Çingiz Allazov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. O, “ONE Fight Night-6” turniri çərçivəsində keçmiş yüngül çəki çempionu olan Tailand döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər