Menyu

"Mançester Siti" ingilis müdafiəçini satmaq istəmir

Əziz Əzizli
"Mançester Siti" ingilis müdafiəçini satmaq istəmir
1 dəq oxu

"Mançester Siti" futbolçusu Kayl Uolkerə yeni müqavilə təklif edib.

"Operativ Media" xəbər verir ki, "şəhərlilər" 33 yaşlı müdafiəçi ilə sözləşmənin müddətini 2026-cı ilin yayına qədər artırmaq istəyir.

"Bavariya" Uolkerlə maraqlanır. Futbolçunun "Mançester Siti"dən ayrılmaq və Münhen klubuna keçmək istədiyi iddia edilir.

İngilis müdafiəçi 2017-ci ilin yayından MS-də çıxış edir. Onun sözləşməsi 2024-cü ilin iyununa qədərdir.

Əlaqəli Xəbərlər