Səudiyyə Ərəbistanı klubu Salahı istəyir

Əziz Əzizli
Səudiyyə Ərəbistanı klubu Salahı istəyir

Bu yay Kərim Benzema və Nqolo Kante kimi futbolçuları heyətinə qatan "Əl İttihad" transfer fəaliyyətini davam etdirir.

"Operativ Media" xəbər verir ki, Ciddə təmsilçisi indi də "Liverpul"un hücumçusu Məhəmməd Salah ilə maraqlanır. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisi məlumat yayıb.

Bildirilir ki, futbolçuya yaxın şəxslər Səudiyyə klubu ilə futbolçu arasında aparılan danışıqlar faktını təsdiqləyib. Misirli forvarda 2 illik müqavilə təklif olunur. O, razılıq versə, bu müddət ərzində ümumilikdə 180 milyon avro maaş alacaq. "Liverpul"un bu transferdən qazancı isə 60 milyon funt sterlinq olacaq.

Digər xəbərlər