Ana səhifə / İdman / Belarus millisinin yeni baş məşqçisi bəlli oldu Belarus millisinin yeni baş məşqçisi bəlli oldu 08.08.2023, 23:16 Əziz Əzizli Belarus millisinin yeni baş məşqçisi müəyyənləşib. "Operativ Media" xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Komandanı ispaniyalı məşqçi Karlos Alos çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2024-cü ilin sonuna qədər müqavilə imzalanıb. Karlos bu vəzifədə iyunun 30-da istefaya göndərilən Georgi Kondratyevi əvəzləyib. Qeyd edək ki, Alosun son iş yeri Ruanda millisi olub. O, Belarus komandasına görə bu işinə xitam verib. Teqlər: "Belarus millisinin yeni baş məşqçisi bəlli oldu"