"Barselona" klubunun fransalı hücumçusu Usman Dembele Paris şəhərinə yollanıb.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb. Fransa millisinin 26 yaşlı hücumçusu Usman Dembele Parisə gəlib və Fransa çempionu PSJ ilə müqavilə imzalayacaq.
Paris klubu Dembelenin "Barselona" ilə 50 milyon avroya müqaviləsinin ləğvi bəndini aktivləşdirib. Bütün sənədlər hazırdır.
Rəsmi açıqlama bu həftə veriləcək.
Ötən mövsüm Dembele "Barselona" ilə bütün turnirlərdə 35 matçda iştirak edib, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.
Transfermarkt onun transfer dəyərini 60 milyon avro qiymətləndirir.






