
"Rakuv”un Çempionlar Liqasında “Qarabağ”ı keçməsinə təəccüblənmədim”.
"Operativ Media" xəbər verir ki, bunu Kiprin “Aris” klubunun futbolçusu Mariuş Stepinski Polşa təmsilçisi “Rakuv”un Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ı üstələməsini dəyərləndirərkən deyib.
28 yaşlı polşalı hücumçu 3-cü raundda həmyerlilərinə qarşı keçirdikləri ilk görüşə də münasibət bildirib. Stepinski səfərdə 1:2 hesablı məğlubiyyətin komandasına ümid verdiyini söyləyib: “Rakuv” çox keyfiyyətli komandadır. “Qarabağ”ı keçməsi də bundan xəbər verirdi. Həmin cütdə şansları bərabər görürdüm. Oyunun təşkili və sabitlik belə məqamlarda çox şeyi həll edir. Bizimlə matç da maraqlı alındı. Son dəqiqələrdə vurduğumuz qol cavab qarşılaşması öncəsi komandada özünəinamı artırdı. Azarkeşlərimizin də dəstəyi ilə mərhələni adlamağa çalışacağıq”.
Xatırladaq ki, “Qarabağ”ı Polşada 3:2 hesabı ilə məğlub edən “Rakuv” Bakıda bərabərə qalaraq (1:1) mərhələ adlayıb