"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Əziz Əzizli
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Media" xəbər verir ki, "ağ-qaralar" nigeriyalı hücumçu Aaron Olanarenin transferini açıqlayıb.
Qeyd edək ki, 29 yaşlı forvard 2016-2018-ci illərdə Rusiya ÇSKA-sının şərəfini qoruyub.
Təcrübəli oyunçu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib. Son 2 mövsümü Türkiyə “Erzurumspor”unda keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib.
Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net