Əsir mübadiləsi nəticəsində 45 ukraynalı vətənə qayıdıb
Noyabrın 11-də Ukrayna və Rusiya arasında daha bir əsir mübadiləsi baş verib, 45 ukraynalı vətənə qayıdıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
“Biz 45 hərbçini – zabitləri, çavuşları və sıraviləri azad edə bildik. Eyni zamanda, döyüşlərdə həlak olan iki hərbçinin cəsədini də qaytara bildik”, - deyə Andrey Yermak əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net