Menyu

Ermənistan təxribat törədib, Azərbaycan Ordusunun hərbçisi yaralanıb

Nərmin Qocamanlı
Ermənistan təxribat törədib, Azərbaycan Ordusunun hərbçisi yaralanıb

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov Ramiz İsmət oğlu  qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.

Bu barədə "Operativ Media" ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

"Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər