Laçının Zabux kəndinə ilk köç başlayıb
Laçının Zabux kəndinə ilk köç başlayıb.
“Operativ Media” xəbər verir ki, ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köçürülür.
Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında həyata keçirilir.
Qeyd edək ki, ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net