http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

26 Avqust 2023 , 10:50
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 26-sı saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb. Əsasən, dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olub.

Bu barədə “Operativ Media” ya xidmətdən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 49 mm, Astarada 34 mm, Lerikdə 31 mm, Yardımlıda 22 mm, Şəkidə 18 mm, Şamaxıda 17 mm, Balakəndə 13 mm, Ağstafa, Tovuz, Qax, Göygöl, Qrız, Qobustan, Zaqatala, Quba,Göyçay, Qusar, Gəncə, Şahdağ, Mingəçevir, Yevlax, Qəbələ, Xaltan, İsmayıllı, Daşkəsən, Şəmkir, Beyləqan, Altıağac, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Ağdam, Oğuz, Şabran, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Göytəpə, Biləsuvarda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti 27-si səhərədək davam edəcək. 27-si gündüz və 28-də ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 15:20

    Qəzzada ölənlərin sayı 41 870 nəfərə çatıb
  • 14:51

    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 14:42

    Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
  • 14:10

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
  • 13:35

    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
  • 13:23

    Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 12:29

    İsrail ordusu yeni hərbi əməliyyata başlayıb
Menyu