http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Prezident İlham Əliyev: Bu ilin sonuna qədər Laçında 900 ailə üçün evlər hazır olacaq

26 Avqust 2023 , 14:51
Prezident İlham Əliyev: Bu ilin sonuna qədər Laçında 900 ailə üçün evlər hazır olacaq

Bu ilin sonuna qədər Laçında 900 ailə üçün evlər hazır olacaq.

“Operativ Media” xəbər verir ki, bunu Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində deyib.

Dövlət başçısı bildirib:

"İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz".

OXŞAR XƏBƏRLƏR
İranda 5 günlük matəm elan olunub

İranda 5 günlük matəm elan olunub

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

XƏBƏR LENTİ
  • 23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • 23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • 22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • 22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • 21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • 21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
  • 21:32

    Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib
  • 21:23

    Polis Berlində Fələstin tərəfdarı olan nümayişçilərin evlərinə basqın edib
Menyu