13 Noyabr 2022, 13:11
Lavrov: ABŞ və tərəfdaşları Ukrayna ilə bağlı qəbuledilməz fikirdədirlər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ və tərəfdaşları Ukrayna ilə bağlı qəbuledilməz fikirlərdə israrlı olduqları üçün Şərqi Asiya Sammitinin sonunda birgə bəyanat qəbul edilə bilməz.
"Operativ Media" xəbər verir ki, Kambocada keçirilən Şərqi Asiya Sammitinin sonunda jurnalistlərin suallarını cavablandıran Lavrov ABŞ və tərəfdaşlarının sammitdəki münasibətini tənqid edib.
"Bu gün ümumi qərarlar qəbul edilmədi, çünki ABŞ və onun tərəfdaşları Ukrayna və onun ətrafındakı vəziyyətlə bağlı qətiyyən qəbuledilməz fikirlərdə israr edirdilər. Ona görə də əməkdaşlığın gələcəyi ilə bağlı mövzular Kamboca tərəfindən veriləcək bəyanatda dəqiqləşdiriləcək. sammitə sədrlik edir”, - Lavrov bildirib.