İranda sənaye şəhərciyində yanğın baş verib

Nərmin Qocamanlı
İranda sənaye şəhərciyində yanğın baş verib

İranda sənaye şəhərciyində yanğın baş verib. 

"Operativ Media" ISNA-ya istinadən xəbər verir ki, İranın İsfahan şəhərində 4 saatdan artıqdır yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Ərazidə kimyəvi və partlayıcı maddələr olduğu üçün davamlı olaraq partlayışlar baş verib.

Yanğında 15 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır. 

İsfahan Mübarəkə sənaye şəhərciyində 400-dən artıq kiçik zavod və fabriklər fəaliyyət göstərir.

Yanğın kimyəvi maddələr istehsal edən zavodda baş verdiyi bildirilir.

 

Digər xəbərlər