Menyu

Bakıda sanitariya-gigiyena qaydalarına əməl etməyən sürücülər cərimələnib

Bakıda sanitariya-gigiyena qaydalarına əməl etməyən sürücülər cərimələnib

Bakıda sanitariya-gigiyena qaydalarına əməl etməyən sürücülər cərimələnib.

Bu barədə "Operativ Media" ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə avqustun 28-də paytaxtın Sabunçu və Suraxanı rayonları ərazisində keçirdikləri tədbirlər zamanı qanunsuz qarışıq süxur daşınması və məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə 3 sürücü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər:

"Bak\u0131da sanitariya-gigiyena qaydalar\u0131na \u0259m\u0259l etm\u0259y\u0259n s\u00fcr\u00fcc\u00fcl\u0259r c\u0259rim\u0259l\u0259nib"

Əlaqəli Xəbərlər