http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib

02 Sentyabr 2023 , 17:43
"Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, Milli Müdafiə Universitetinin nəznində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Nazirlikdən "Operativ Media" ya verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək hərbi qulluqçuları salamlayıb. Məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib. Onları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, gələcək xidmətlərində uğurlar diləyib.
Sonra Milli Müdafiə Universitetinin rektorunun müşaviri professor Talat Canbolat çıxış edərək hərbi təhsilin əhəmiyyətindən danışıb. Məzunlara təhsil müddətində yiyələndikləri bilik və bacarıqları gələcək xidmətlərində uğurla tətbiq etmələrini arzulayıb.
Tədbirdə kurs birincisi məzunlar adından çıxış edərək tədris müddətində göstərilən diqqətə görə Milli Müdafiə Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlığını bildirib. Göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz verib.
Sonra sertifikatlar təqdim olunub, fərqlənən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Buraxılış mərasimi hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR
ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

XƏBƏR LENTİ
  • 18:59

    Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
  • 18:19

    Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb
  • 18:11

    Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
    Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
  • 18:09

    Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
    Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
  • 18:06

    DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər
  • 18:02

    İlham Əliyev və Nikol Paşinyan mayın 9-da keçiriləcək qələbə paradında iştirak etməyəcək
    İlham Əliyev və Nikol Paşinyan mayın 9-da keçiriləcək qələbə paradında iştirak etməyəcək
  • 18:00

    Putin mayın 8-də Paşinyanla ikitərəfli görüş keçirəcək
    Putin mayın 8-də Paşinyanla ikitərəfli görüş keçirəcək
  • 17:57

    Sumqayıt sakini itkin düşüb - FOTO
Menyu