http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycandan göndərilən humanitar yardım 6 gündür Ağdam-Xankəndi yolunda gözləyir

03 Sentyabr 2023 , 09:56
Azərbaycandan göndərilən humanitar yardım 6 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, içərisində 40 ton un məmulatları olan iki TIR bir neçə gündür Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.

Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.

OXŞAR XƏBƏRLƏR
ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

XƏBƏR LENTİ
  • Dünən
    23:51

    Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə edib
    Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə edib
  • Dünən
    23:26

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  • Dünən
    23:21

    "Fənərbağça" çempionluq yolunda vacib xal itirdi
  • Dünən
    23:08

    ABŞ Ukraynaya qoşun yeritmək niyyətində deyil
  • Dünən
    22:53

    Lukaşenko Putinlə hərbi-siyasi məsələləri müzakirə edəcək
  • Dünən
    22:39

    Makron: Fransa Çinin Rusiya ilə uzunmüddətli münasibətlərinə hörmət edir
  • Dünən
    22:24

    Cinpin: Ukrayna böhranını yeni soyuq müharibə üçün bəhanəyə çevirməyin əleyhinəyik
  • Dünən
    22:09

    ABŞ və Rumıniya liderləri Ukrayna və enerji məsələlərini müzakirə edəcəklər
Menyu