Laçında yol qəzası olub, yaralılar helikopterlə Bakıya gətirilib
Nərmin Qocamanlı
Sentyabrım 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Operativ Media" ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan "AbCon" QSC-yə məxsus podratçı şirkətin 3 nəfər əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma