http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mehriban Əliyeva Ermənistana dəstək verən təşkilatdan istefa verdi

15 Noyabr 2022 , 13:06
Mehriban Əliyeva Ermənistana dəstək verən təşkilatdan istefa verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb.

“Operativ Media” həmin məktubdan önəmli məqamların şərhini təqdim edir: 


YUNESKO ilə son illərdə baş verən proseslərdən göründüyü kimi, xanım Mehriban Əliyevanın bu qərarı faktiki olaraq YUNESKO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili  yanaşmaya diplomatik dillə etirazdır. Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir kimi 18 illik fəaliyyəti dövründə Azərbaycan-YUNESKO əlaqələrinin yüksələn xəttlə inkişafına, YUNESKO-nun dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyə rəğmən, YUNESKO tərəfindən Azərbaycanın çağırışlarına qarşılıq verilməməsi göz qabağındadır. Belə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması məsələsi Azərbaycanın YUNESKO qarşısında qaldırdığı əsas məsələrdən biri olmuşdur. Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə YUNESKO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə YUNESKO işğal olunmuş ərazilərə missiya göndərməmişdir. Bunun əksinə, Azərbaycan Vətən müharibəsində qələbə qazanan kimi, Azərbaycanın guya bəzi abidələri dağıtmaq barədə Ermənistanın iddiaları əsas alınaraq YUNESKO missiyanın göndərilməsi istiqamətində canfəşanlıq etmişdir. Bu dəfə də, Azərbaycanın xoş məram nümayiş etdirərək missiyaya razılıq verməsinə baxmayaraq, YUNESKO səfərin təşkil olunacağı ərazilərin kimə məxsusluğu barədə Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirmiş və yenə də missiya reallaşmamışdır. Bütün bunlar göstərir ki, Azərbaycana qarşı birtərəfli mövqe sərgilənməsinin səbəbləri sırasında Fransa əsilli baş direktorun olması istisna edilməməlidir. Nəzərə alınmalıdır ki, hələ 2005-ci ildə baş direktor Koiçiro Maatsura dövründə YUNESKO ən azından Azərbaycanın çağırışlarına reaksiya vermiş, təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində əraziyə girişin mümkün olmamasını qeyd etmişdir. Əvvəlki baş direktorlar tərəfindən sərgilənən bu və başqa qismən ədalətli mövqeyə, YUNESKO-nun prinsiplərinə hörmətə baxmayaraq, Odri Azulayın yanaşmalarının təməlində Fransanın da ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyinin dayandığı güman olunur. Azərbaycan məhv edilmiş mədəni irsin bərpasında YUNESKO-nun əsas prinsiplərini qoruyub saxlayacağı barədə dəfələrlə səsləndirdiyi bəyanatlara belə məhəl qoyulmadığı açıq aydın qərəz kimi qiymətləndirilməlidir. Azərbaycanın YUNESKO-nun işinə uzun illər verdiyi töhfənin məhz təşkilatın imicinin qaldırılmasına əsaslandığını, ölkəmizin təşkilatın işində fəal rolunu nəzərə alaraq, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir vəzifəsindən imtinasından sonra Azərbaycanla münasibətlərdə məhz itirən tərəf YUNESKO olacaqdır.

OXŞAR XƏBƏRLƏR
Əməkdar artist vəfat edib

Əməkdar artist vəfat edib

Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"

Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"

Rafiq Babayevin 88 illiyi münasibətilə tədbir keçirilib

Rafiq Babayevin 88 illiyi münasibətilə tədbir keçirilib

XƏBƏR LENTİ
  • 10:58

    Özbəkistan daşqından zərər çəkən qazaxıstanlılara humanitar yardım göndərib
  • 10:46

    Xankəndidə silah-sursat aşkarlanıb
  • 10:24

    Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
  • 10:14

    Azərbaycan PL: "Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edir
  • 10:06

    Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
  • 09:46

    Ağcabədidə ”Mercedes” yanıb
  • 09:26

    Azərbaycan BEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib
  • 09:18

    Xətaidə 21 yaşlı oğlan tanışı olan qadını qətlə yetirib, daha sonra özünü bıçaqlayıb
Menyu