http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Rusiya Xankəndinə yükü niyə Ağdam yolu ilə göndərdi?

09 Sentyabr 2023 , 17:22
Rusiya Xankəndinə yükü niyə Ağdam yolu ilə göndərdi?

"Rusiya Qarabağda növbəti dəfə Qərbi qabaqladı: bir tərəfdən, separatçıların başına Azərbaycanla danışıqlarda iştirak edən Samvel Şahramanyanın gətirilməsinə nail oldu, o biri tərəfdən də, eyni gündə Azərbaycanın təklif etdiyi marşrut üzrə - Ağdam-Xankəndi yoluyla yüklərin Qarabağ ermənilərinə çatdırılması məsuliyyətini öz üzərinə götürdü" -bunu "Operativ Media" ya açıqlamasında politoloq Elxan Şükürlü deyib.

Politoloqun sözlərinə görə, Ukraynada bu ölkənin ərazi bütövlüyünə və separatizmin yatırılmasına dəstək vermək adı altında Rusiya ilə müharibə aparan ABŞ və Avropa İttifaqı isə, nədənsə, eyni yanaşmanı Azərbaycanın ərazi bütövülyünə və Qarabağdakı erməni separatizminə münasibətdə ortaya qoymur. Əksinə, “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizm yaradılmalıdır” tezisiylə ABŞ və Avropada Azərbaycan əleyhinə müzakirələr təşkil edir, bu toplantılarda Azərbaycanı etnik təmizləmədə, genosiddə suçlayır, Qarabağda “Kosovo ssenarisi”nin tətbiqinə zəmin hazırlayırlar.

"Görünən odur ki, Qərbin regiona Qarabağ üzərindən giriş cəhdlərindən ciddi şəkildə narahat olan Rusiya qarşıdakı mərhələdə Qarabağda məhz Azərbaycan prezidentinin təklif etdiyi sxem və plan üzrə hərəkətə razılıq verməklə, həm Ermənistan-Azərbaycan sülh danışıqlarında moderator təşəbbüsünü özündə saxlayacaq, həm də əsas diqqəti Ermənistanın daxilinə yönəltməyə və Paşinyanın mövqelərinin daha da zəiflədilməsinə, Kremlin şərtlərinin İrəvanda qəbuluna çalışacaq.2020-ci ildə olduğu kimi, 2023-cü ildə də bölgənin geopolitik taleyinə təsir göstərəcək addımlar Ərdoğan-Putin razılaşması əsasında aparılır"

OXŞAR XƏBƏRLƏR
COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçiriləcək

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçiriləcək

Aİ səfiri COP29 iqlim konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunda olub

Aİ səfiri COP29 iqlim konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunda olub

Rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə qadağa qoyulacaq?

Rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə qadağa qoyulacaq?

XƏBƏR LENTİ
  • Dünən
    23:54

    "Atəşgah məbədi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb
  • Dünən
    23:16

    İsrail Beyrutun cənubuna zərbələr endirib
  • Dünən
    22:42

    KİV: İsrail “Hizbullah” komandirini ələ keçirib
  • Dünən
    22:07

    Tovuzda yol qəzası baş verib
  • Dünən
    21:19

    ADY: Sosial mediada saxta səhifələr istifadəçiləri aldadır, bank kartı məlumatlarını mənimsəyir
  • Dünən
    21:00

    COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək
  • Dünən
    20:02

    İran prezidenti: "Azərbaycanla sərhəd dəhlizinin icrası tez başa çatdırılmalıdır"
  • Dünən
    19:18

    Salyan şosesində qəza olub, yolda sıxlıq yaranıb
Menyu