Azərbaycan Ermənistandan Prezident İlham Əliyevlə təcili danışıqlar aparmaq təklifi almayıb - Hikmət Hacıyev
Azərbaycan Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqlar aparmaq təklifi almayıb.
"Operativ Media" xəbər verir ki bunu "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyevin bir qədər əvvəl dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıqla bağlı planlı təlimlər keçirir və bu, müntəzəm planlaşdırma prosesinin tərkib hissəsidir. Ermənistan isə sərhəddə qoşun cəmləşdirir və yeni silah sistemləri alır.
“Bizim strategiyamız Azərbaycana qarşı istənilən silahlı hücumu və ya təxribatları dayandırmaqdır", - deyə H.Hacıyev bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net