10 Sentyabr 2023, 00:31
Hikmət Hacıyev: Qarabağdakı qondarma rejim tərksilah edilməlidir
Hikmət Hacıyev: Qarabağdakı qondarma rejim tərksilah edilməlidir şəkil
Hikmət Hacıyev: Qarabağdakı qondarma rejim tərksilah edilməlidir

"Sabah Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində gedəcək. Bu, ayrıca sövdələşmədir və o demək deyil ki, Laçın-Xankəndi yolu eyni vaxtda açılır. Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoş niyyətli jest kimi razılığını bildirdi. Lakin qanunsuz rejim bundan imtina etdi".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Qarabağdakı qondarma rejim buraxılmalı və tərksilah edilməlidir. Davamlı sülhü təmin etməyin yeganə yolu budur.

Laçın buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər