İran hərbi nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib

admin
İran hərbi nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib

Sentyabrın 10-da İran hərbi nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan-İran Birgə Komissiyasının görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Qənimətlər Parkına baş çəkərək Vətən müharibəsində Azərbaycanın düşməndən qənimət götürdüyü texnika ilə tanış olub.

Sonra Hərbi heyət açıq səma altında salınan parkda nümayiş olunan atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla yaxından tanış olaraq müxtəlif xatirə fotoları çəkdiriblər.

Qeyd edək ki, Sentyabrın 9-u Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçirilib.//APA//

Digər xəbərlər