Menyu

Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb

Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb

Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasitə verilməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Bu barədə "Operativ Media" ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib.

Onun sözlərinə görə, görüntülərdə əks olunan şəxsin azyaşlıya narkotik maddə təklif etməsi iddiası əsassızdır: "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar olunan faktlarla bağlı ictamaiyyətin məlumatlandırılması təmin edilir".

Teqlər:

"Bak\u0131da azya\u015fl\u0131lara narkotik verilm\u0259si bar\u0259d\u0259 g\u00f6r\u00fcnt\u00fcl\u0259r ara\u015fd\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər