Artemis 1 ABŞ-ın Florida ştatındakı Cape Canaveral bazasından buraxılıb.
"Operativ Media" xəbər verir ki, Artemis 1 proqramı çərçivəsində sonrakı mərhələlərdə ekipaj daşınması üçün nəzərdə tutulan Orion kapsul Ayın orbitinə çatacaq.
2028-ci ilə qədər davam etməsi planlaşdırılan ekspedisiyalardan sonra Ayın orbitində kosmik stansiya qurmaq və buranı bir addım ataraq Marsa insanlı ekspedisiyalar təşkil etmək hədəflənir.
Artemis 1-in Yerdən 450.616 km məsafə qət edəcəyi və insan tərəfindən yaradılmış kosmik gəmilərin uçduğu ən uzaq məsafəyə çatacağı gözlənilir.