Əminə Ərdoğan Yelena Zelenskaya ilə görüşüb

Operativ Media
Əminə Ərdoğan Yelena Zelenskaya ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya İstanbulda Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Əminə Ərdoğan özünün “Twitter” səhifəsində paylaşım edib.

O, paylaşımında Yelena Zelenskayanı İstanbulda qarşılamaqdan xoş olduğunu söyləyib.

“İnanıram ki, müharibə qurbanı olan qadınlar və uşaqlar başda olmaqla, Ukrayna xalqının yaralarını birlikdə sara biləcəyik”, - deyə Əminə Ərdoğan paylaşımda qeyd edib.

Digər xəbərlər