Menyu

Ermənistan niyə ABŞ-ni Cənubi Qafqaza çəkir?

Redaksiya
Ermənistan niyə ABŞ-ni Cənubi Qafqaza çəkir?

"ABŞ bölgədə daimi sülhün olmasının tərəfdarı deyil. Son baş verən hadisələr onu göstərdi ki, ABŞ 30 ilə yaxın həyata keçirdiyi siyasətini davam etdirir".

Bunu “Operativ Media”ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi. Lakin Ermənistana göstərilən dəstəyin konkret məqsədləri var.

"Dünyanın bir çox yerində toqquşma nöqtələri var. Çox təəssüf ki, Ermənistanın sayəsində Cənubi Qafqazda toqquşma ocağı var. Cənubi Qafqazda Ermənistan vasitəsilə ABŞ və Rusiyanın toqquşması yeni bir Suriya modelinə gətirib çıxara bilər. Düşünürəm ki, baş rolda Paşinyanın olması, zəif xarici siyasət, Azərbaycanla Türkiyəyə qarşı “demarş” hirsi və əlbəttə ki, kürəyini söykədiyi dövlətlərdir".

Əziz Əlibəylinin sözlərinə görə, Ermənista Rusiya ilə ABŞ-ı üz-üzə qoymaqla labüd süqutunu dayandırcağını düşünür.

"Bu gün vaş verən hadisələr isə ABŞ-ın daha çox işğalçı Ermənistanın maraqlarına xdimət etdiyini göstərir. 30 il ərzində ilk dəfə bölgəyə başqa bir güc daxil olur. 30 il ərzində ilk dəfədir ki, Ermənistan vasitəsilə Cənubi Qafqaza kənar təsir var. Cənubi Qafqazda bütün məsələlər yalnız bu hüdudlar çərçivəsində həll edilməlidir. Baş verənlər sadəcə zəif fiqur olan Paşinyanın səhvləridir. Nəticəsi Ermənistan üçün çox ağır ola bilər".

Teqlər:

"Erm\u0259nistan niy\u0259 AB\u015e-ni C\u0259nubi Qafqaza \u00e7\u0259kir?"

Əlaqəli Xəbərlər