http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kütləvi məzarlıqların aşkarlandığı yerlər açıqlandı - RƏSMİ

18 Sentyabr 2023 , 13:58
Kütləvi məzarlıqların aşkarlandığı yerlər açıqlandı - RƏSMİ

Şuşa rayonunun Daşaltı kəndi ərazisində 28, Xocalı rayonunun Fərrux kəndi ərazisində 12, Xocavənd rayonunun Edilli kəndində 27, Füzuli rayonunun Yuxarı Seyid Əhmədli kəndində 9, Şuşa şəhərindəki həbsxana ərazisində 31 şəxsə aid olmaqla ən azı 107 şəxsə aid meyit qalıqları aşkar olunub.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bütün sahələri əhatə edən genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Laçın və Xocavənd rayonları ərazisində aşkar edilmiş ən azı 98 şəxsə aid meyit qalıqları üzrə hərtərəfli araşdırmalar aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı üçün güzəştlər artırılacaq

Azərbaycanda istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı üçün güzəştlər artırılacaq

Delimitasiya komissiyasının növbəti görüşünün tarixi və yeri işçi qaydada müəyyənləşəcək

Delimitasiya komissiyasının növbəti görüşünün tarixi və yeri işçi qaydada müəyyənləşəcək

Azərbaycan-Ermənistan delimitasiya komissiyası Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib

Azərbaycan-Ermənistan delimitasiya komissiyası Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib

XƏBƏR LENTİ
  • Dünən
    23:19

    Ceyhun Bayramov: "ATƏT həllin bir parçası olmaq şansını itirib"
  • Dünən
    23:04

    Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib 
  • Dünən
    22:52

    Xersonda gün ərzində üçüncü dəfə partlayış baş verib
  • Dünən
    22:39

    Ceyhun Bayramov ATƏT-in iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib
  • Dünən
    22:30

    Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
  • Dünən
    22:26

    Şabranda silah-sursat aşkarlanıb
  • Dünən
    22:20

    Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək
    Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək
  • Dünən
    22:11

    Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
Menyu