http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Respondetlərin yarıdan çoxu yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanacağına inanır - SORĞU

18 Sentyabr 2023 , 15:12
Respondetlərin yarıdan çoxu yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanacağına inanır - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi (STM) yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına ictimai inam səviyyəsini öyrənmək məqsədilə vətəndaşlar arasında rəy sorğusu keçirib.

STM-dən "Operativ Media" ya verilən xəbərə görə, “Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanırsınızmı?” sualına münasibətdə sorğu iştirakçılarının yarıdan çoxu, yəni 53,1%-i (tam inanıram 22.1%, əsasən inanıram 31.0%) bu və ya digər dərəcədə inandığını bildirib.

Sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına əsasən inanmayanlar 11.0%, heç inanmadığını bildirənlər 33.1% olub. Respondentlərin 2.8%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin 2022-ci ilin müxtəlif dövrləri ilə müqayisəli təhlili vətəndaşların sülh müqaviləsinə inam səviyyəsində əhəmiyyətli fərqin olmadığını göstərib.

Ötən ilin sentyabr ayında rəy keçirilən sorğusunda respondentlərin 53,5%-i (tam inanıram 28.3 %, əsasən inanıram 25.2 %) yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inamını ifadə etmişdi. 6.2%-i əsasən inanmadığını, 36.9%-i heç inanmadığını bildirmişdi.

2022-ci ilin dekabrında ayında keçirilən sorğu nəticələrində də analoji tendensiya davam edib. Respondentlərin 55.7%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inandığını qeyd edib. Sorğu iştirakçılarının 11.0%-i sülh müqaviləsinin imzalanacağına əsasən inanmadığını, 29.5%-i heç inanmadığını bildirib.

Sülhə inam səviyyəsində ayrı-ayrı dövrlər üzrə müşahidə edilən dəyişməz tendensiya Azərbaycanın sülh razılaşması ilə bağlı təqdim etdiyi prinsiplərə baxmayaraq, Ermənistanın ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsi çağırışlarından boyun qaçırmasından irəli gələ bilər. İki ölkə arasında müxtəlif vasitəçilik formatlarında aparılan görüşlərə baxmayaraq, sülh müqaviləsi hələ də imzalanmayıb.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı üçün güzəştlər artırılacaq

Azərbaycanda istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı üçün güzəştlər artırılacaq

Delimitasiya komissiyasının növbəti görüşünün tarixi və yeri işçi qaydada müəyyənləşəcək

Delimitasiya komissiyasının növbəti görüşünün tarixi və yeri işçi qaydada müəyyənləşəcək

Azərbaycan-Ermənistan delimitasiya komissiyası Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib

Azərbaycan-Ermənistan delimitasiya komissiyası Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib

XƏBƏR LENTİ
  • 00:12

    Avropa Liqası: "Qarabağ" "Molde"ni məğlub edir - YENİLƏNİR
  • Dünən
    23:19

    Ceyhun Bayramov: "ATƏT həllin bir parçası olmaq şansını itirib"
  • Dünən
    23:04

    Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib 
  • Dünən
    22:52

    Xersonda gün ərzində üçüncü dəfə partlayış baş verib
  • Dünən
    22:39

    Ceyhun Bayramov ATƏT-in iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib
  • Dünən
    22:30

    Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
  • Dünən
    22:26

    Şabranda silah-sursat aşkarlanıb
  • Dünən
    22:20

    Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək
    Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək
Menyu