Kral III Çarlz beynəlxalq iqlim dəyişikliyi sammitində iştirak etməyəcək

Operativ Media
Kral III Çarlz beynəlxalq iqlim dəyişikliyi sammitində iştirak etməyəcək

Böyük Britaniya kralı III Çarlz gələn ay Misirdə keçiriləcək beynəlxalq iqlim dəyişikliyi sammitində iştirak etməyəcək.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mənzil, İcma və Yerli Rəhbərliklər Naziri Simon Klark məlumat verib.

Nazir kralın iqlim sammitində iştirak etməməyinin saray və hökumət arasında ortaq qərar kimi qəbul olunduğunu vurğulayıb.

Klark Baş nazir Liz Trassın kralın sammitə qatılmasını istəmədiyi ilə bağlı açıqlamalarının da reallığa uyğun olmadığını qeyd edib.

Qeyd edək ki, “Sunday Times” qəzeti Kral III Çarlzın Trassın etirazından sonra bu qərarı verdiyini iddia edib.

Digər xəbərlər