İsrail qüvvələri İordan çayının qərb sahilində 45 fələstinlini əsir götürüb

Nərmin Qocamanlı
İsrail qüvvələri İordan çayının qərb sahilində 45 fələstinlini əsir götürüb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 45 fələstinlini nəzarətə götürüb.


"Operativ Media" xəbər verir ki, bu barədə “Fələstin Məhbuslar Klubu” yazılı açıqlama verib.

Açıqlamada İsrail ordusunun İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində təşkil etdiyi basqınlarda 45 fələstinlinin nəzarətə götürdüyü, 15 nəfərin Hebronda, digərlərinin isə İordan çayının qərb sahilinin müxtəlif yerlərində saxlanıldığı qeyd edilib.

Saxlanılanlar arasında keçmiş fələstinli məhbusların və uşaqların da olduğu bildirilib.

 

Digər xəbərlər