16 Noyabr 2022, 19:19
Son 9 ayda 104 mindən çox Rusiya vətəndaşı Serbiyada yaşamaq icazəsi alıb

Son 9 ayda 104 mindən çox Rusiya vətəndaşı Serbiyada 1 il müddətinə yaşamaq icazəsi alıb.
"Operativ Media"nın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya milli televiziyası məlumat yayıb.
Qeyd olunub ki, eyni müddət ərzində 18 min ukraynalının Serbiyada qaçqın statusu aldığı bildirilib.
Xatırladaq ki, bu ilin fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Rəsmi Moskva Ukraynadakı müharibəni xüsusi hərbi əməliyyat adlanırıb.