
Cənubi Afrika Respublikasında pitbull itlərinin ev heyvanı cinsi olaraq qadağan edilməsi üçün başladılan kampaniyada 90 mindən çox imza toplanıb.
Sizwe Kupelo Fondunun keçən ay Cənubi Afrikada pitbull itlərinin ev heyvanı kimi satışını qadağan etmək üçün Change.org saytında başlatdığı petisiyada 92,500-dən çox insan iştirak edib.
"Operativ Media"nın xəbərinə görə, Vəqfdən edilən açıqlamada, kiçik uşaqlar da daxil olmaqla insanlara hücum edə bilən pitbull cinsinin ölkədə indiyə qədər çox sayda insanın ölümünə səbəb olduğu bildirilərək “Cənubi Afrika hökuməti pitbullların ev heyvanı kimi qəbulunu tamamilə qadağan etməlidir” məzmunlu ifadələri işlədilib
Qeyd edək ki, ötən həftəsonu Bloemfontein şəhərində 8 yaşlı uşağın pitbull hücumu nəticəsində ölməsindən sonra son 3 gündə on minlərlə insanın bu petisiyaya imza atdığı qeyd edilib.