http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir - Türkiyə MN

21 Sentyabr 2023 , 13:43
Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir - Türkiyə MN

Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Azərbaycan antiterror tədbirlərini özü keçirib:

“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”.

Eyni zamanda vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın keçirdiyi antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.

Qeyd edək ki, bu gün Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. Y.Güler antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə nazirini təbrik edib, Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib. Türkiyə milli müdafiə naziri şəhid olan hərbi qulluqçularımıza rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralılara Allahdan şəfa diləyib.

OXŞAR XƏBƏRLƏR
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar - YENİLƏNİB-2

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar - YENİLƏNİB-2

XƏBƏR LENTİ
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
  • Dünən
    22:30

    Putin KXDR-ə səfər edəcək
  • Dünən
    21:20

    Latviya Parlamentinin sədri Azərbaycana gəlib
  • Dünən
    20:37

    Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
  • Dünən
    19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • Dünən
    19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
  • Dünən
    18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
Menyu