http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hər zaman Azərbaycanın yanında olacağıq - Türkiyə milli müdafiə naziri

22 Sentyabr 2023 , 18:07
Hər zaman Azərbaycanın yanında olacağıq - Türkiyə milli müdafiə naziri

Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi var.

"Operativ Media"  xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.

"Biz hər zaman azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Bunu hər zaman deyirik. Əslində, Azərbaycan Qarabağ lokal antiterror tədbirlərinə başlayanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana hərtərəfli dəstəyimizi açıq şəkildə nümayiş etdirdi. Qardaşlarımıza da bildirdik ki, onlara dəstək olacağıq", - deyə Y.Gülər əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

XƏBƏR LENTİ
  • 13:39

    ANAMA İdarə Heyətinin sədri ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb
  • 13:38

    Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB
  • 13:20

    “Küləyə qalib gəl” şüarı altında keçiriləcək marafon iştirakçılarının diqqətinə: hava necə olacaq?
  • 13:02

    Səbaildə quldurluq edən şəxs saxlanılıb
  • 12:59

    Zaxarova: Alyansın keçirdiyi təlimlər NATO-nun Rusiyaya qarşı münaqişə niyyətini göstərir
  • 12:50

    Bazar günü hava necə olacaq?
  • 12:46

    Məşhur əmtəə nişanlarından istifadə edərək saxta yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb
  • 12:43

    Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək
Menyu