Ermənilərin "qələbə simvolu" olan tank haradadır? Foto

admin
Ermənilərin "qələbə simvolu" olan tank haradadır? Foto

Xankəndi-Şuşa yolunda ermənilərin Birinci Qarabağ müharibəsində “qələbəsinin” “simvolu” olan tank Bakıya gətirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Tank Bakıda yerləşən Hərbi Qənimətlər Parkına yerləşdirlib.

Qeyd edək ki, həmin tank ötən gün sökülərək Bakıya yola düşüb.

Xatırladaq ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankını bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə “abidə” kimi quraşdırılmışdı.

Digər xəbərlər