Menyu

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

Polşa Respublikasının Hərbi Texnologiyalar Universiteti və Müharibə Tədqiqatları Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən "Operativ Media" ya verilən xəbərə görə, ikitərəfli əməkdaşlıq planına əsasən, Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər