http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"1000-ə yaxın insanı yemək, su, elektrik enerjisi və istiliklə təmin edirik" -Anar Eyvazov

23 Sentyabr 2023 , 18:58
"1000-ə yaxın insanı yemək, su, elektrik enerjisi və istiliklə təmin edirik" -Anar Eyvazov

Biz Kəlbəcər, Fizuli və Ağdam şəhərlərində müvəqqəti çadır düşərgələri qurmuşuq. Bu düşərgələrin hər birində biz 1000-ə yaxın insanı yemək, su, elektrik enerjisi və istiliklə təmin edirik.

"Operativ Media" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Şuşaya səfər edən xarici hərbi attaşelərə məlumat verən zaman deyib

“Xankəndiyə gəlincə isə, oradakı vəziyyət kifayət qədər stabildir. Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə koordinasiyalı şəkildə qarşıda dayanan vəzifələri icra edir. Bizim ordumuz sülhməramlılarla sıx şəkildə əlaqə saxlayaraq, mülki şəxslərin, orada yaşayan etnik ermənilərin və yenidən öz evlərinə geri dönənlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirləri həyata keçirir. Ordumuz həmçinin Qarabağdakı qanunsuz erməni silahlılarının tərksilah edilməsi prosesini də həyata keçirir.

Qanunsuz hərbi birləşmələrin təhvil verdiyi silah-sursat barədə ətraflı məlumat bir müddət sonra ictimaiyyətə təqdim olunacaq”, - o deyib.

Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb ki, son 3 il ərzində Azərbaycan ordusu tərəfindən Qarabağ ərazilərində yerli xarakterli tədbirlər həyata keçirilib və ordumuzun istehkamçıları ərazinin minalardan təmizlənməsi üçün işlər görüb: “Hazırda biz həmin yerdəyik, harada ki ermənilərin “qələbəsini” simvolizə edən tank qoyulmuşdu və son 33 il ərzində burada dayanmışdı. Həmin tank artıq burada yoxdur və hazırda dayandığımız yol Şuşadan Xankəndiyə gedən yoldur. Bildiyiniz kimi, 19 sentyabrda səhər saatlarında bizim 4 polis əməkdaşımız Əhmədbəyli-Fizuli-Şuşa yolunda mina partlaması nəticəsində həyatını itirib. Bunun ardınca həmin gün günorta Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə çalışan 2 nəfər qanunsuz erməni qüvvələri tərəfindən qətlə yetirilib. Həmin gün Azərbaycan Silahlı Qüvvələri lokan antiterror tədbirləri həyata keçirməyə başladı, hansı ki 24 saatdan da az müddət ərzində davam etdi. Bunun nəticəsi olaraq bizim şərtlərimizin yerinə yetirilməsi barədə separatçılar öhdəlik götürdü və Qarabağda qalan erməni silahlılarının tərksilah prosesi başlandı”.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • Dünən
    21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
Menyu