http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib

24 Sentyabr 2023 , 09:53
Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib

“Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Human Rights Watch” təşkilatı “Azərbaycan: Dağlıq Qarabağda mülkilərin hüquqlarını təmin et” adlı hesabat yayıb. İnsan hüquqları ilə məşğul olduğu söylənən təşkilatların bu mövzuda hesabat yayması ilk baxışdan normal görünə bilər. Sözügedən hesabatda olan kobud səhvləri və şişirtmələri bu qəbildən olan təşkilatların insan hüquqlarına həssaslığı ilə izah etmək olardı. Lakin, “Human Rights Watch”-un açıq-aşkar qərəzli və ayrı-seçkili yanaşması onun bütün bu fəaliyyətini tamamilə sual altına alır”.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, “Human Rights Watch” bir dəfə də olsun Ermənistandan azərbaycanlıların zorla qovulmasına münasibət bildirməyib:

“Hüquqlarımızın Ermənistan tərəfindən pozulmasına münasibət bildirməsi və qayıdış hüququmuza dəstək verməsi xahişi ilə təşkilata bir neçə dəfə, sonuncu dəfə 12 avqust 2023-cü il tarixində göndərdiyimiz müraciət cavabsız qalıb.

“Human Rights Watch” sözügedən hesabatında bir tərəfdən Azərbaycan Respublikasından Qarabağı tərk etmək istəyən ermənilərə ölkədən çıxmaq üçün şərait yaratmağa tələb edir və digər tərəfdən dərhal onların qayıdış hüquqlarını xatırladır. Belə olan təqdirdə, “Human Rights Watch”-dan soruşmaq istərdik ki, niyə 30 ildə bir dəfə də olsun Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını yada salmayıb?

Bu bariz qərəz və ayrı-seçkilik onu sübut edir ki, “HumanRights Watch”-ın insan hüquqları ilə əlaqəsi yoxdur və bu təşkilat sadəcə müəyyən dairələrin əlində ucuz siyasi vasitədir.

Biz “Human Rights Watch” təşkilatından azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son qoymağı, Azərbaycanın Qarabağ bölgəsində aparılan re-inteqrasiyaya mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz yurd-yuvalarına geri qayıtmasına dəstək verməyi tələb edirik”.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”

XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”

XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”

Ceyhun Bayramov: “Azərbaycan öz ərazilərində qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”

Ceyhun Bayramov: “Azərbaycan öz ərazilərində qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”

XƏBƏR LENTİ
  • 00:29

    Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”
    Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”
  • 00:27

    XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”
    XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”
  • 00:12

    Avropa Liqası: "Qarabağ" "Molde"ni məğlub edir - YENİLƏNİR
  • Dünən
    23:54

    Ceyhun Bayramov: “Azərbaycan öz ərazilərində qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”
  • Dünən
    23:19

    Ceyhun Bayramov: "ATƏT həllin bir parçası olmaq şansını itirib"
  • Dünən
    23:04

    Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib 
  • Dünən
    22:52

    Xersonda gün ərzində üçüncü dəfə partlayış baş verib
  • Dünən
    22:39

    Ceyhun Bayramov ATƏT-in iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib
Menyu