Menyu

Ötən gün hərbçilərimiz minaya düşüb

Redaksiya
Ötən gün hərbçilərimiz minaya düşüb

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Müdafiə Nazirliyindən "Operativ Media"ya bildirilib ki, digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.

Teqlər:

"\u00d6t\u0259n g\u00fcn h\u0259rb\u00e7il\u0259rimiz minaya d\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər