http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Iğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilib - YENİLƏNƏNİB

25 Sentyabr 2023 , 21:22
Iğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilib - YENİLƏNƏNİB

Sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Dövlət başçıları İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.

Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.

Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

*** 16:26

Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşündən sonra İğdır-Naxçıvan qaz kəmərinin təməl qoyma mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri mərasimi onlayn izləyiblər.

Qeyd edək ki, 15 dekabr 2020-ci il tarixində Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dövlət büdcəsindən müvafiq vəsait ayrılıb. Layihə 5 iyun 2023-cü il tarixində qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.

Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Boru kəmərinin Azərbaycan hissəsinin tikintisi SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC, Türkiyə hissəsinin tikintisi BOTAŞ şirkəti tərəfindən icra edilir.

Boru kəmərinin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyul ayında start verilib. Bu günədək Azərbaycan hissəsində layihələndirmə və mühəndis işləri tamamlanıb, material və avadanlıqlar əraziyə gətirilib, xəttin 98%-də torpağın münbit qatı götürülüb, 55%-də xəndəyin qazılması aparılıb, boruların 92%-i tras boyu düzülüb, qaynaq-quraşdırma işlərinin 82%-i bitirilib və digər işlər görülüb. Layihə çərçivəsində mühəndis-inşaat nöqteyi-nəzərindən mürəkkəb tədbirlərin, o cümlədən Araz çayının altından üfüqi istiqamətlənmiş qazmanın aparılması nəzərdə tutulub.

İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar - YENİLƏNİB-2

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar - YENİLƏNİB-2

Aleksandr Lukaşenko Füzuliyə gedib - YENİLƏNİB

Aleksandr Lukaşenko Füzuliyə gedib - YENİLƏNİB

Robert Fitso bu gün daha bir əməliyyat keçirib

Robert Fitso bu gün daha bir əməliyyat keçirib

XƏBƏR LENTİ
  • 12:01

    “Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı” keçirilib
  • 11:59

    Vətən Müharibəsi Qəhrəmanı Komandan təyin edildi
    Vətən Müharibəsi Qəhrəmanı Komandan təyin edildi
  • 11:49

    İspaniya XİN Əfqanıstanda atışma nəticəsində üç vətəndaşının öldüyünü bildirib
  • 11:37

    NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev
  • 11:32

    Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
  • 11:16

    Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilir
  • 11:12

    Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib
  • 11:05

    "Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir
Menyu