Naxçıvanda Türkiyə-Azərbaycan 3-cü enerji forumu keçiriləcək

Nərmin Qocamanlı
Naxçıvanda Türkiyə-Azərbaycan 3-cü enerji forumu keçiriləcək

Üç gün sonra Naxçıvanda Türkiyə və Azərbaycan vəzifəli şəxslərinin və beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan 3-cü enerji forumu keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, petrolu, nefti olmasa da, günəşi var. Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var. Gələcəkdə Naxçıvandan, ən azı, 1000 meqavat həcmində Türkiyəyə yaşıl enerji ixracı mümkün olacaq”, - Prezident əlavə edib.

Digər xəbərlər