http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25 Sentyabr 2023 , 18:33
Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”ni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzaladılar.

“Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzaladılar.

 

OXŞAR XƏBƏRLƏR
ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

XƏBƏR LENTİ
  • 00:53

    ÇL: "Borussiya Dortmund" finala yüksəldi
  • Dünən
    23:45

    "Beşiktaş" Türkiyə kubokunun finalına yüksəldi
  • Dünən
    23:21

    BMT: Qəzzaya humanitar yardım çatdıra bilmirik
  • Dünən
    23:04

    Zaqatala prokurorluğu kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
  • Dünən
    22:54

    XƏBƏRDARLIQ: Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir
    XƏBƏRDARLIQ: Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir
  • Dünən
    22:42

    ABŞ və Ukrayna müdafiə nazirləri Kiyevin silah ehtiyaclarını müzakirə ediblər
  • Dünən
    22:27

    Ermənistanda əsgərin meyiti tapılıb
    Ermənistanda əsgərin meyiti tapılıb
  • Dünən
    22:13

    İsrail: HƏMAS məhv edilənə qədər Rəfahdakı əməliyyatlar dayanmayacaq
Menyu