Xankəndidəki binalarda Azərbaycan bayrağı asılacaq
Redaksiya
Yevlax görüşündə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri tələb ediblər ki, Xankəndidə bütün "dövlət strukturlarının və qurumlarının" ləğvi barədə elan verməlidir, bütün binalarında olan "bayraqlar" Azərbaycan bayrağı ilə əvəzlənməlidir. Bundan sonra isə inteqrasiya başlamalıdır.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
Bildirilib ki, Qarabağ separatçılarının lideri Şahramanyan isə Azərbaycan DTX-nin rəhbərindən xahiş edib ki, Xankəndiyə giriş bir qədər gecikdirilsin. O söz verib ki, rejimin bütün "strukturları"nın buraxılmasını özü elan edəcək. Sadəcə indi insanlar təşviş içindədirlər buna görə işləri tələsmədən görmək lazımdır. Şahramanyan bildirib ki, indi Xankəndidə misli görülməmiş çaxnaşma var və belə durumda "strukturların" buraxılmasını elan etmək özbaşnalığı daha da artıra bilər.