Menyu

Xankəndidəki partlayışla əlaqədar Saatlı, Sabirabad və Ağdam xəstəxanaları hazır vəziyyətə gətirilib

Nərmin Qocamanlı
Xankəndidəki partlayışla əlaqədar Saatlı, Sabirabad və Ağdam xəstəxanaları hazır vəziyyətə gətirilib
1 dəq oxu

Xankəndidəki partlayışda yaralanan şəxslərə yardım məqsədilə Saatlı, Sabirabad və Ağdam xəstəxanaları hazır vəziyyətə gətirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

Bakıdan təcili olaraq onların müalicəsi üçün briqadalar göndərilib.

Lakin son anda Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın mərkəzi orqanlarının köməyindən imtina ediblər.

Buna baxmayaraq, Azərbaycan hökuməti dünən lazımi dərmanları göndərib və bu gün də bu iş davam etdiriləcək. 

Əlaqəli Xəbərlər