17 Noyabr 2022, 16:17
Almaniyada propan qazı daşıyan qatar başqa bir yük qatarı ilə toqquşub
Almaniyada propan qazı daşıyan qatar başqa bir yük qatarı ilə toqquşub şəkil
Almaniyada propan qazı daşıyan qatar başqa bir yük qatarı ilə toqquşub

Almaniyanın Aşağı Saksoniya əyalətinin Gifhorn şəhəri yaxınlığında iki yük qatarı naməlum səbəbdən toqquşub.


"Operativ Media" Alman Xəbər Agentliyi DPA-ya istinadən xəbər verir ki, yük qatarı öndən gələn və “dayan siqnalı”nı izləyən başqa bir yük qatarına çırpılıb.

Xəbərdə, arxada propan qazı daşıyan və 25 vaqondan ibarət qatarın maşinistinin yaralanaraq xəstəxanaya aparıldığı, qarşıdakı qatarın maşinistinin isə yüngül xəsarət aldığı bildirilib.

Toqquşma nəticəsində bəzi vaqonların relsdən çıxaraq aşdığı, iki vaqondan propan qazının sızdığı bildirilib.

Xəbərdə qəzanın meşəlik ərazidə baş verdiyi üçün insanlar üçün təhlükə yaratmadığı qeyd edilib.

Son xəbərlər
Məsud Pezeşkian Azərbaycan səfəri öncəsi AzTV-yə müsahibə verib
Bakıda külək attraksionu aşırıb
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı