http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Dünən Xankəndinə gedən təcili tibbi yardım avtomobilləri maneəsiz şəkildə Gorusa qayıdıb

26 Sentyabr 2023 , 23:03
Dünən Xankəndinə gedən təcili tibbi yardım avtomobilləri maneəsiz şəkildə Gorusa qayıdıb

Bu axşam Xankəndidən Gorus istiqamətinə Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə təcili tibbi yardım avtomobilləri maneəsiz şəkildə geri keçid edib.

"Operativ Media" xəbər verir ki, ümumilikdə 20-dən artıq ambulans Gorus istiqamətinə hərəkət edib.

Təcili tibbi yardım avtomobilləri Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərə yardım üçün getmişdi.

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Azərbaycan dərhal hadisəyə reaksiya verib və yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Eyni zamanda, Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib.//Report//

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

XƏBƏR LENTİ
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
  • 12:32

    Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
  • 12:09

    Sabahın hava proqnozu açıqlanıb
  • 11:26

    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
  • 11:13

    AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir
  • 10:53

    Avstriyada parlament seçkiləri keçirilir
  • 10:15

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
Menyu