http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Antiterror tədbirlərinin TƏFƏRRÜATI

27 Sentyabr 2023 , 15:36
Antiterror tədbirlərinin TƏFƏRRÜATI

Hazırda cəmiyyətdə ən çox sual verilən, müzakirə olunan məsələ şəhidlərin sayı ilə bağlıdır. Suallar bəzən belə qoyulur, 24 saata 192 şəhid çox deyil? Əməliyyatlar konkret bir istiqamət üzrə keçirilsə şəhid sayının rahatlıqla çox olduğunu deyə bilərik. Məsələ ondadır ki, əməliyyat 360 dərəcədə keçirildi və bütün vasitələrdən istifadə edildi. İnsanlar 44 günlük müharibədə olduğu kimi ancaq dron görüntüləri gürdülər və belə bir təsəvvür yarandı ki, ancaq kordinatlar müəyyən edilib və zərbələr endirilib. Məsələ ondadır ki, bunlar hamısı kənardan görünən şeylərdir. Məsələnin gerçək tərəfi ondan ibarətdir ki, əməliyyatlarda artileriya, raketlərlə yanaşı Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, DSX, Dəniz Qoşunlarının bölmələri iştirak edirdi. Piyadalarsız, sırf kordinatların vurulması ilə əməliyyatlar həyata keçirilsə, bu əməliyyat qətiyyən 24 saata bitməzdi, bəlkə də günlərlə çəkə bilərdi. Azərbaycan ordusu ara vermədən qarşı tərəfə ardıcıl zərbələr endirir, piyadalar isə bəzi istiqamətlərdə qruplar şəklində, bəzi istiqamətlərdə isə bölüklər, taborlarla hücum edirdi.

Yazının bu yerində bir suala da cavab vermək yerinə düşər. Sual verirlər ki, 44 günlükdə müasir döyüş keçirən ordu, niyə bu dəfə müasir döyüş həyata keçirmədi? Dolayısı ilə sual olunur ki, Bayraktar TB-2, "Harop" və yeni alınan PUA-lar varkən niyə görə şəhidlərimiz çox olub? Hava şəraiti, yəni duman, çən imkan vermədi ki, Azərbaycan ordusu havadan istədiyi kimi davrana bilsin. Dolayısı ilə Azərbaycan ordusu bu əməliyyatı hava dəstəyi minimum şəraitdə həyata keçirdi. Yəni, bütün güc artileriya, raket və piyadaların üzərinə düşdü. Havadan qarşı tərəfin nələr gözlədiyini bilən biri kimi deyə bilərəm ki, hava şəraiti imkan versəydi bu əməliyyat 5-6 saata da bitə bilərdi. Qarşı tərəf isə təkcə relyefdən yox, elə hava şəratindən də yararlanaraq müqavimət göstərirdi. 2 müharibə və bir 24 saatlıq antiterror əməliyyatını nəzərə alsaq erməni tərəfinin üzünü ağ edən yalnız minaatanları və qurduqları istehkamlar olduğunu deyə bilərik.

Hətta suallar verilir ki, Azərbaycan ordusunun sayı separatçılardan 5 dəfə çox olub. Əslində 10 minlik orduya qarşı 50 minlik ordunun döyüşməsi hərb qanunlarına görə qüvvələr nisbətinin bərabərliyi deməkdir. Sovet hərb elminə görə hücum edən tərəf müdafiə olunan tərəfdən 4-6 dəfə çox olmalıdır, NATO standartlarında isə bu rəqəm 5-dir. Müdafiə olunan tərəfin bir əsgəri hücum edən tərəfin 4,5,6 əsgərinə qarşı döyüşə bilər. Yəni, Azərbaycan ordusu ilə separatçıların qüvvələr nisbəti bərabər olub, döyüşlər qeyri bərabər şəraitdə baş verməyib. Bu itkilərdə də öz əksini tapmalıdır. Hücum edən tərəf müdafiə olunan tərəfdən bir neçə dəfə artıq itki verməlidir. Bu qanunuyğunluqdur. Biz nə görürük? Hücum edən tərəfin itkiləri müdafiə olunan tərəfin itkilərindən qat-qat azdır.

Separatçı rejim 3 il ərzində 44 günlük müharibənin nəticələrini ciddi araşdırıb, nəticələr çıxarmışdı. Hətta müharibədə partlamayan mərmilərin belə səbəbləri öyrənilib və onu təkminləşdirmişdilər. Yaralıların sayının çoxluğu da diqqət çəkəndir. Ermənistan ordusunun qalıqları minaatan mərmilərinin içərisində dəyişikliklər edərək öldürücülük dərəcəsini azaldaraq, daha çox yaralamağa hesablayırdılar. Bu niyyət canıyananlıqdan deyil. Təsəvvür edin, mərmi düşür, 2-3 nəfər şəhid olur. Şəhidə Allah rəhmət eləsin deyib, irəli hərəkət edə bilərsən, əgər irəliləməlisənsə, onsuzda təxliyə ilə məşğul olan bölmələr gəlib şəhidi ərazidən çıxarcaqlar. Ancaq yaralının olması hücum edən bölmələr üçün xüsusi çətinlik yaradır. Onun yarasının sarınması, ərazidən təhlükəsiz yerə çıxarılması lazımdır. Bu isə əlavə bir neçə nəfəri məşğul edir. Beləcə istər-istəməz sayda azalma baş verir. Ona görə də, xüsusilə minaatan mərmilərindən yaralananların sayı çox olur.

İtkilərin bir qismi isə Azərbaycan xalqının mərhəmət və tez inanma hissindən irəli gəlir. Qarşı tərəf ağ bayraq qaldırandan sonra Azərbaycan ordusu neytralda qalan yaralı və şəhidləri çıxararkən separatçılar atəşə tutaraq Azərbaycan əsgərlərini şəhid edib. Yeri gəlmişkən erməni tərəfinin bu cür davranışı ilk deyil. Həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində analoji hal yaşanmışdı.

Hesab edirəm ki, 24 saatlıq antiterror əməliyyatı 44 günlük müharibənin başlanğıcından daha ağır idi. Bunu döyüşlərdə iştirak edənlər də təstiq edirlər. 44 günlük müharibədə günün əvvəlində döyüş tapşırığı verilir, icra olunur, ardınca növbəti tapşırıq gəlirdi. Bu dəfə isə konkret tapşırıq vardı, ya təslim olacaqlar, ya da olacaqlar!

Növbəti yazılarda istiqamətlər üzrə əməliyyatlardan bəhs ediləcək.

Səxavət Məmməd

OXŞAR XƏBƏRLƏR
ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

XƏBƏR LENTİ
  • 00:53

    ÇL: "Borussiya Dortmund" finala yüksəldi
  • Dünən
    23:45

    "Beşiktaş" Türkiyə kubokunun finalına yüksəldi
  • Dünən
    23:21

    BMT: Qəzzaya humanitar yardım çatdıra bilmirik
  • Dünən
    23:04

    Zaqatala prokurorluğu kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
  • Dünən
    22:54

    XƏBƏRDARLIQ: Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir
    XƏBƏRDARLIQ: Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir
  • Dünən
    22:42

    ABŞ və Ukrayna müdafiə nazirləri Kiyevin silah ehtiyaclarını müzakirə ediblər
  • Dünən
    22:27

    Ermənistanda əsgərin meyiti tapılıb
    Ermənistanda əsgərin meyiti tapılıb
  • Dünən
    22:13

    İsrail: HƏMAS məhv edilənə qədər Rəfahdakı əməliyyatlar dayanmayacaq
Menyu