http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DTX: Ruben Vardanyan təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub - VİDEO

28 Sentyabr 2023 , 11:02
DTX: Ruben Vardanyan təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub - VİDEO

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak etmişdir. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirmişdir. Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar - YENİLƏNİB-2

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar - YENİLƏNİB-2

XƏBƏR LENTİ
  • 23:12

    Zaxarova: "Rusiya İran prezidentinin olduğu helikopterin axtarışına yardım göstərməyə hazırdır"
  • 22:54

    Türkiyə İrana axtarış-xilasetmə qruplarını göndərib
  • 22:25

    İran prezidentinin helikopterinin sərnişinləri ilə əlaqə yaradılıb
  • 22:12

    İraq Rəisinin olduğu helikopterin axtarışı üçün xilasetmə qrupları göndərir
  • 22:04

    Aİ: “İran üçün “Copernicus” peyk xidmətini aktivləşdirdik”
  • 21:41

    Rəsinin olduğu helikopteri axtaran 3 xilasedici itkin düşüb
  • 21:17

    ABŞ: “Rəisinin helikopter qəzası ilə bağlı məlumatları izləyirik”
  • 21:12

    "Mançester Siti" İngiltərə çempionu oldu
Menyu