http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Ruben Vardanyanı ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir” - Hüquqşünas

28 Sentyabr 2023 , 11:52
“Ruben Vardanyanı ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir” - Hüquqşünas

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.

Belə ki, toplanılmış sübutlar əsasında hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. 

Gömrük Komitəsi karantin rejiminin tələblərini kobud surətdə pozur - Vəkil Elşad  İsayev

Hüquqşünas Elşad İsayev “Operativ Media”ya açıqlamasında bildirib ki, Ruben Vardanyanı ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

E.İsayev qeyd edib ki, təqsirləndirilən şəxs sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə müharibə cinayəti və insanlıq əleyhinə cinayət törədib.
“Hər bir cinayətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti olur, ancaq bu R.Vardanyanın törətdiyi cinayətlərdə artıq müddət məsələsi yoxdur”. 

“Nə vaxt tutulmasından asılı olmayaraq, onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir, çünki beynəlxalq konvensiyalara əsasən, Cenevrə Konvensiyasının tələblərinə əsasən həmin cinayətlər hansı dövlətdə törədilsəydi, həmin dövlət öz qanunvericiliyi ilə onu cinayət məsuliyyətinə cəlb edilə bilərdi.

Onun əməlləri Azərbaycan Respublikasının ərazisində törədilib, Xocalı bizim işğal olunmuş ərazimizdir və suverenliyimiz altında beynəlxalq təşkilatlar tərəfindən tanınır. 
Ruben Vardanyan Azərbaycan Respublikası və vətəndaşlarına qarşı sülh və bəşəriyyətin təhlükəsizliyi, eyni zamanda müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törədib. Buna görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunacaq ki, bu cür əməllər üçün ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunur”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar - YENİLƏNİB-2

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar - YENİLƏNİB-2

XƏBƏR LENTİ
  • 22:12

    İraq Rəisinin olduğu helikopterin axtarışı üçün xilasetmə qrupları göndərir
  • 22:04

    Aİ: “İran üçün “Copernicus” peyk xidmətini aktivləşdirdik”
  • 21:41

    Rəsinin olduğu helikopteri axtaran 3 xilasedici itkin düşüb
  • 21:17

    ABŞ: “Rəisinin helikopter qəzası ilə bağlı məlumatları izləyirik”
  • 21:12

    "Mançester Siti" İngiltərə çempionu oldu
  • 20:48

    İraqın Baş naziri Rəisi ilə bağlı göstəriş verib
  • 20:25

    İran ordusunun bütün qüvvələrinin helikopterin axtarışına cəlb olunması ilə bağlı əmr verildi
  • 20:04

    XİN: "Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır"
Menyu